Hindistanda güclü zəlzələ: 200-dən çox insan xəsarət alıb (FOTO, VİDEO)
04
yan
2016
12:37
Hindistanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.
BAKU.WS məlumat verir ki, baş vermiş zəlzələ nəticəsində 9 nəfər ölüb, 200 nəfər isə xəsarət alıb. Yeraltı təkanlar yanvarın 4-də səhər saatlarına qeydə alınıb.
6,7 bal gücündə olan zəlzələnin episentri Myanma ilə həmsərhəd olan Tamenqlonq rayonunda olub.
Məlumata görə sakinlərin evlərində böyük çatlar əmələ gəlib, yeni inşa edilmiş 6 mərtəbəli bina tamamilə çöküb. Sakinlərin gecəni küçədə keçirdiyi bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Yevlaxda zəlzələ oldu
Azərbaycanın Yevlax rayonunda zəlzələ baş verib. BAKU.WS Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ saat 09:17-də Mingəçevi...