Azərbaycanda dünəndən bu günə 50-ə yaxın zəlzələ qeydə alınıb

Azərbaycanda dünəndən bu günə 50-ə yaxın zəlzələ qeydə alınıb
Hadisə 892

"Dünəndən bu günə 50-ə yaxın avterşok baş verib. Bunlar zəif təkanlardır. Proses gedir və enerji boşalır”.

BAKU.WS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli qeyd edib ki, güclü zəlzələ gözlənilmir: "Hiss olunan təkanlar ola bilər və bu mümkündür. Amma dünənki gücdə zəlzələ təkrar oluna bilməz. Hazırda yer daxilində gedən proseslər davam edir, insan kimi yer də nəfəs alır. Amma həmin ocaqda yenidən yeddi bal gücündə zəlzələ olmayacaq”.

Qeyd edək ki, dünən səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. 

BAKU.WS

Oxşar xəbərlər

Yüksək rütbəli rəsmilər zəlzələ bölgəsinə gedir (FOTO)

Yüksək rütbəli rəsmilər zəlzələ bölgəsinə gedir (FOTO)

Şəkidə sutka əzrində 15 yeraltı təkan müşahidə olunub. BAKU.WS-in ans press-ə istinadla verdiyi məlumatın görə, baş verən təkanlardan ən güclüsü 2,5 bal gücünd...

1307 Hadisə 09:42 05 sentyabr 2015

Son xəbərlər