Türkiyədə zəlzələ oldu
29
noy
2015
11:10
Türkiyənin Malatya vilayətində Rixter şkalası üzrə 5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 02:28-də baş verib.
Təbii fəlakətin ocağı 21 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində düşən təşvişdə bir uşağın başından xəsarət aldığı bildirilir. 15 nəfər xəstəxanaya müraciət edib. Əhalinin küçələrə axışdığı yayılan məlumatlar arasındadır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan səhəri zəlzələ ilə açdı
Azərbaycanda səhər saatlarında zəlzələ olub. Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, zəlzələ oktyabrın 26-da saat 07:08-də Gədəbəydən 35...