SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı sərnişin dəmir yolu vağzalında əsaslı təmir işlərinin başa çatacağı vaxt açıqlanıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, bu ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. 
 
Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı,  sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Təmir işləri davam edir. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir. Əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatması nəzərdə tutulur.
 
Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan  Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal  binasının  mavritaniya üslubunda təqdim olunan ilk  layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.  Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir. 1977-ci ildə Bakı-sərnişin stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü olub.

 
BAKU.WS