Bu gün Aşuradır
İyunun 25-i Aşura günüdür.
BAKU.WS xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir.
Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Bu il də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.
Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda, sosial məsuliyyət hissini gücləndirməkdir.
Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qanvermə aksiyasının keçiriləcəyi ünvanlanlar:
| S/n | Şəhər, rayon | Qanvermə aksiyasının keçirildiyi yer |
| 1 | Xəzər | Mirmövsüm Ağa Ziyarətgahı |
| 2 | Nəsimi | Əjdərbəy məscidi (Göy məscid) |
| 3 | Nizami | Sahib-əz-Zaman məscidi, Şah Abbas məscidi |
| 4 | Səbail | Bibiheybət məscid ziyarətgahı |
| 5 | Sabunçu | İmam-Rza məscidi |
| 6 | Suraxanı | Qaraçuxur məscidi |
| 7 | Yasamal | Təzə Pir məscidi, İlahiyyat İnstitutu |
| 8 | Binəqədi | Came məscidi, İmam Əli məscidi |
| 9 | Gəncə | İmamzadə məscid ziyarətgah kompleksi |
| 10 | Lənkəran | Mərkəzi Qan Bankının Lənkəran bölməsi |
| 11 | Mingəçevir | Heydər məscidi |
| 12 | Sumqayıt | Cümə məscidi |
| 13 | Şəki | İmam Əli məscidi |
| 14 | Şirvan | Şirvan şəhər məscidi |
| 15 | Bərdə | İmamzadə ziyarətgah məscidi |
| 16 | Quba | Mərkəzi Qan Bankının Quba bölməsi |
| 17 | Masallı | Cümə məscidi, Boradigah qəsəbə xəstəxanası |
| 18 | Göyçay | Əbülfəzlil Abbas məscidi |
| 19 | Xaçmaz | Rayon Mərkəzi Xəstəxanası |
| 20 | Salyan | Hacı Tağı məscidi |
| 21 | Şuşa | Yuxarı Gövhər ağa məscidi |
| 22 | Ağdam | Ağdam şəhər Cümə məscidi |
| 23 | Naxçıvan şəhəri | Heydər məscidi, Sarvanlar məscidi, Pirqəmiş məscidi |
| 24 | Babək | Mərkəzi Rayon Xəstəxanası, Qahab, Cəhri və Nehrəm kənd həkim məntəqələri |
| 25 | Ordubad | Rayon Mərkəzi Xəstəxanası |
| 26 | Culfa | Rayon Mərkəzi Xəstəxanası, Bənəniyar kənd həkim məntəqəsi |
| 27 | Şahbuz | Rayon Mərkəzi Xəstəxanası |
| 28 | Kəngərli | Rayon Mərkəzi Xəstəxanası |
| 29 | Sədərək | Rayon Mərkəzi Xəstəxanası |
| 30 | Şərur | Rayon Mərkəzi Xəstəxanası |
Oxşar xəbərlər
Priqojini dayandırmaq üçün Rostova kimlər göndərilmişdi? - Yeni detallar üzə çıxdı
Rusiyanın müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi (BKİ) rəisinin birinci müavini Vladimir Alekseyev qiyam qaldıran...