İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
Böyük Britaniyada meteoroloji müşahidələr tarixində iyun ayının ən isti günü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Surrey qraflığında havanın temperaturu 35.7°C-yə yüksəlib. Bununla da 1976-cı ildə qeydə alınmış 35.6°C-lik əvvəlki milli rekord yenilənib.
İspaniyanın meteoroloji xidmətləri isə ölkədə 1950-ci ildən bəri iyun ayı üzrə ən yüksək orta temperaturun qeydə alındığını açıqlayıblar. Bildirilib ki, ölkə üzrə orta göstərici bir gün əvvəl 28.17°C təşkil edib. İyunun 22-də isə bu rəqəm 28.08°C olub. Əvvəlki rekord 2025-ci il iyunun 30-da qeydə alınmış 28.01°C idi.
Bununla yanaşı, İspaniyanın bəzi bölgələrində iyunun 23-də havanın temperaturu 40°C-ni ötüb. Xüsusilə ölkənin şimalındakı Kantabriya bölgəsində termometrlər 43.7°C-ni göstərib.
Mütəxəssislər Avropanın bir sıra ölkələrində müşahidə olunan anomal istilərin yaxın günlərdə də davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Oxşar xəbərlər
Almaniya Litvaya hərbi qüvvələr göndərir
Almaniya Rusiyanın qonşusu olan Litvaya böyük sayda hərbi qüvvə və texnika yerləşdirir. BAKU.WS xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb. Bildirilib ki,...