Priqojini dayandırmaq üçün Rostova kimlər göndərilmişdi? - Yeni detallar üzə çıxdı
Rusiyanın müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi (BKİ) rəisinin birinci müavini Vladimir Alekseyev qiyam qaldıran "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparmaq üçün Rostov-na-Donuya gediblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin yeni təfərrüatını Priqojinlə işləmiş hüquqşünas İqor Yeliseyev "Fontanka" nəşrinə müsahibəsində açıqlayıb.
"Ölkənin yüksəkvəzifəli şəxsləri ona zəng etməyə çalışırdılar. Daha sonra Yunus-Bek Yevkurov və Vladimir Alekseyev Rostov-na-Donuya gəldilər. Onlar rəhbəri fikrindən daşındırmağa çalışırdılar, o isə öz mövqeyini izah edirdi", - deyə Yeliseyev bildirib.
Hüquqşünasın sözlərinə görə, Priqojin hakimiyyətə təzyiq göstərməyə çalışırdı, lakin heç kimin güzəştə getməyəcəyi aydın idi. Yeliseyev öz növbəsində güc strukturlarının nümayəndələrinə vəziyyətin heç bir halda qan tökülməsinə gətirib çıxarmamalı olduğunu izah etdiyini qeyd edib.
Onun sözlərinə görə, münaqişə yalnız Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsindən sonra həll olunub. Lukaşenko Priqojinə müəyyən təminatlar verib.
Daha əvvəl Priqojinin hüquqşünası bildirmişdi ki, "Vaqner" rəhbəri üçün dönüş nöqtəsi onun cəbhəyə səfəri və döyüş əməliyyatları üçün sursat çatışmazlığından şikayət edən komandirlərlə görüşü olub. Yeliseyev həmçinin qeyd edib ki, Artemovskun (Baxmut - red.) ələ keçirilməsindən sonra "Vaqner"in silahlarının Rusiya Müdafiə Nazirliyinin qoşunlarına təhvil verilməsi tələbi də Priqojin üçün ciddi zərbə olmuşdu.
Priqojinin qiyamı 2023-cü il iyunun 24-də baş verib. Əvvəlcə o, Rusiya Müdafiə Nazirliyinə qarşı bir sıra ittihamlar irəli sürüb, daha sonra isə "Vaqner"in Moskvaya yürüşünə başlayıb. Bir sutka ərzində onun dəstələri Rusiyanın bir neçə regionundan keçib, həmçinin iki helikopter və bir təyyarəni vurublar.
Axşam saatlarında Priqojin kolonları geri çevirib və Aleksandr Lukaşenko ilə əldə olunan razılaşmadan sonra Belarusa yollanıb. Həmin ilin avqustun 23-də isə "Vaqner" rəhbərinin təyyarəsinin Tver vilayətində qəzaya uğradığı məlum olub. Biznes-jetin göyərtəsində Priqojinin özü ilə yanaşı, "Vaqner"in əsas komandirlərindən biri Dmitri Utkin və şirkət rəhbərliyinin digər nümayəndəsi Valeri Çekalov da olub.
Oxşar xəbərlər
Bu gün Aşuradır
İyunun 25-i Aşura günüdür. BAKU.WS xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir. Azərbaycanda Aşura günündə ənənəv...