Bakı-Şamaxı-Bakı “quattro” yürüşü (VİDEO)
Audi Bakı Mərkəzinin təşkilatçılığı ilə aprelin 15-16-da Azərbaycanda ilk dəfə olaraq quattro avtomobil yürüşü baş tutdu. Tədbirin təşkilatçıları Audi sevərləri bir araya gətirərək yürüş üçün Azərbaycanın ən gözəl bölgələrindən biri olan Şamaxını seçmişdir (Shamakhi Palace Sharadil). Yürüşdə 30-dan çox sürücü öz Audi avtomobilləri ilə iştirak etmişdir.
Tədbirə Audi sevərlərlə yanaşı tanınmış media nümayəndələri də dəvət olunmuşdur. Yürüş başa çatdıqdan sonra qonaqlar üçün otel ərazisində paintball, atıcılıq, atçılıq və s. kimi əyləncə vasitələri təşkil olunmuşdur. Yürüşün əsas məqsədi Audi sevərləri bir araya yığmaq, 2 ədəd bazarda yeni model olan A5 sportback (2.0 TFSİ) quattro və Q5 (2.0 TFSİ) quattro modellərinin təqdimatını və test-drive-nı həyata keçirmək idi. Test-drive üçün məhz Ağsu yolunun seçilməsində məqsəd enişli-yoxuşlu və sərt döngəli yollarda yeni "quattro ultra” tam çəkim sisteminin dəqiq və cəld reaksiyasını müşahidə etmək olmuşdur. Qeyd edək ki, bu sistem tam yol səthində dəyişikliyi hiss edən kimi 0.2 saniyəyə birləşmə haqda qərar verir, daha 0.2 saniyəyə sistem qoşulur. A5, Q5 modellərindən fərqli olaraq Q7 modelində quattro ultra deyil, 2.0 TFSİ mühərrikinin bu nəhəng krossover üçün tam yetərli olmasını göstərmək idi. Yeni A5 sportback quattro 0-100 sürətini 6 san, Q5 isə 6.3 san-yə yığır. Bunlardan heç də geri qalmayan Q7 modeli, təqdim olunmuş mühərriklə 0-100 km/s sürətini 6.9 saniyəyə toplayır. Test-drive-da qonaqlardan başqa sürücülük vəsiqəsi olan və test-drive etmək istəyən hər kəsə bu imkan yaradılmışdır.
Tədbirin qonaqlar və media nümayəndələri tərəfindən çox sevildiyini nəzərə alaraq, Audi Bakı Mərkəzi bu yürüşün hər il təkrarlanacağı xəbərini verib.
Oxşar xəbərlər
Bakı Audi Mərkəzi: "Müştərinin iddiası tam əsassızdır"
Elza Səmədova adlı şəxs Audi Bakı Mərkəzindən 46 000 AZN ödəyərək aldığı Audi marka Q5 avtomobilinin qüsurlu olduğunu iddia edir. BAKU.WS xəbər verir ki, müştə...