VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nəqliyyat naziri Ziya Məmmədov Ağdaşda vətəndaşları qəbul edəcək.
 
Nəqliyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov 6 noyabr tarixində Ağdaş şəhərində Göyçay, Ucar və Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 
 
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 04 noyabr 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
 
• Ağdaş Yol İstismarı İdarəsi” (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi)
 
• Göyçay Yol İstismarı İdarəsi” (Göyçay şəhəri, Natəvan küçəsi-10)
 
• Ucar Yol İstismarı İdarəsi” (Ucar şəhəri, 29-cu məhəllə)
 
Şahin Həbibov
BAKU.WS