VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə dövlət komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

BAKU.WS xəbər verir ki, artıq 16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.

Noyabr ayının 15-indən etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan pərdələrin icazə müddəti bitir. Müəyyən olunmuş müddətdən etibarən həmin sürücülər qaydaya əməl etməsə, məsuliyyətə cəlb olunacaq.

Xatırladaq ki, yol hərəkatı qaydasının maddəsinə əsasən həmin sürücülər 150 manat miqdarında cərimə ediləcək.

BAKU.WS