28 nəfərin imtahan nəticələri ləğv edilib

28 nəfərin imtahan nəticələri ləğv edilib
Sosial 1226
Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent sənəd verib.DİM-dən BAKU.WS-ə verilən məlumata görə, onlardan 648 nəfəri imtahanda iştirak etməyib.İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.Qeyd edək ki, DİM I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib.BAKU.WS

Oxşar xəbərlər

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO

Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO

Bakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum nət...

8493 Sosial 14:23 16 may 2018

Son xəbərlər