Hər gün onlarla insan piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçir və həyatlarını təhlükəyə atırlar.

BAKU.WS-in məlumatına görə, bu ilin 9 ayı ərazində qaydaları pozduğu üçün 100 minə yaxın piyada cərimələnib. Bu da ümumilikdə milyon manatdan çox cərimə edir.

Görəsən vətəndaşları həyatlarını riskə atmağa nə vadar edir? Məsələn, Heydər Əliyev prospektində yolu keçərkən avtomobil tərəfindən vurulan bu piyada kimi.

Məsələni araşdırmaq üçün BAKU.WS-in müxbiri həmin prospektdə müşahidə aparıb. Müşahidə zamanı məlum olub ki, piyadaların çoxu oradan yolu həyatlarını təhlükəyə ataraq keçirlər. Piyadaların çoxu bunu yaxınlıqda piyada keçidinin olmaması ilə izah edir.

"Sürücülər bəzən piyadalara yol verir, bəzən isə sürüb gedirlər. Yaxınlıqda piyada keçidi yoxdur. Avtobuslar da tikilən piyada keçidinin yanında dayanmır. Bu səbəbdən də biz avtomobillərin arasından keçirik”, - deyə piyadalar bildiriblər.

Ziya Səccad

BAKU.WS