2018-ci ildə elastik smartfonlar əlçatan olacaq

2018-ci ildə elastik smartfonlar əlçatan olacaq
Sosial 1361
 

Bir neçə nəhəng şirkət eyni vaxtda bükülən ekranla təchiz edilmiş yeni nəsil smartfonların yaradılması ilə məşğuldur.

Şayiələrə görə, "Samsung”, "Lenovo”, "Apple” və "Microsoft” şirkətləri bükülən ekranlar üzərində iş aparırlar, ancaq displey üçün elastik və şəffaf materialın yaradılması əsas problemdir. Elastik ekranlar bazarında lider olan "Kolon Industries” şirkəti bükülən displeylərin yaradılmasına çox yaxındır. Məlumata görə, artıq 2018-ci ildə bu materialın yaradılması reallaşa bilər.

BAKU.WS-in AZƏRTAC-a istinadən verdiyi xəbrə görə, Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun professoru Bey yeni materialın yaradılması haqda məlumat verib. Yeni yaradılmış material 200 min dəfədən çox bükülmək qabiliyyətinə malikdir. Bundan başqa, material cızıq və zədələrə qarşı dayanıqlıdır. Bir sıra sınaqlardan sonra məlum olub ki, siloksan hibrid material şüşə kimi möhkəm, plastik və rezin kimi elastikdir.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Yeni İPhone 8 gəlir

Yeni İPhone 8 gəlir

Apple kompaniyası İPhone şirkətin 10 illik yubileyi münasibətilə yeni qadjet istehsal etməyi planlaşdırır. BAKU.WS-nin rus mətbuatına istinadən verdiyi xəbərd...

5474 İqtisadiyyat 11:20 16 fevral 2017

Son xəbərlər