Azərbaycanda şəxsiyyət vəsiqələrində yeniliklər gözlənilir
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə sürücülük vəsiqəsi məlumatlarının inteqrasiya olunması məsələsi nəzərdən keçirilə bilər. Bunu "Trend”ə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun yaradılması layihəsinə yaxın mənbə bildirib.
Mənbənin məlumatına görə, sürücülük vəsiqələrindəki məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə daxil edilməsi texniki olaraq mümkündür: "Hər şey istifadə olunan çiplərin yaddaş həcmindən asılı olacaq”.
Daha əvvəl şəxsiyyət vəsiqələrinə elektron sağlamlıq kartlarının məlumatlarının inteqrasiya olunması imkanı nəzərdən keçirilirdi.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci il yanvarın 1-dən başlanacağı planlaşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən məlumatların sayı artırılıb. BAKU.WS APA-ya istinadən bildirir ki, bu, Azərbaycan prezidenti İl...