Paytaxtın bu ərazilərində qaz olmayacaq
07
avq
2024
09:13
Yasamal rayonunun Həsən bəy Zərdabi prospekti 47 və 75 ünvanlarında, Qaradağ rayonunun isə Ümid qəsəbəsində yeni çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 07.08.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan BAKU.WS-ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi və Mətbuat prospektlərinin, eləcə də Akim Abbasov və Haqverdiyev küçələrinin bir hissəsinin, Qaradağ rayonunun isə Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq
Bu gün paytaxtın 3 rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən...