Bu gün bu rayonlarda qaz kəsiləcək

Bu gün bu rayonlarda qaz kəsiləcək
Sosial 2

Bu gün Binəqədi və Zaqatala rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsində müxtəlif diametrli qaz xətlərinin köçürülməsi, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 7-ci mikrorayonun bir hissəsinin və 3 126-cı məhəllənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bundan başqa, “Zaqatala” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar “Zaqatala-1 və 2-ci xətt” ölçü qovşağından bu gün saat 9:00-dan qaz təchizatı dayandırılıb.

Qaz təchizatı dayandırılan müddətdə Zaqatala rayonunun mərkəzi daxil olmaqla, Yuxarı Tala, Aşağı Tala, Muxax, Zəyəm, Car, Kebeloba və Çökək kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Sabah bu rayonlarda qaz kəsiləcək

Sabah bu rayonlarda qaz kəsiləcək

İyulun 31-də Şamaxı rayonunun bir hissəsində, Ucarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Qeyd e...

322 Sosial 12:36 30 iyul 2023

Son xəbərlər