Məşhur azərbaycanəsilli bloqer Bakıya köçüb

Məşhur azərbaycanəsilli bloqer Bakıya köçüb
Sosial 1350

Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov Bakıya köçüb.

BAKU.WS "lent.az"-a istinadən xəbər verir ki, yayı Bakıda keçirəcəyini bildirən bloqer Azərbaycanda biznes quracağını da söyləyib.

O, kompüter klubları şəbəkəsi yaradacağını deyib.

Evlənmək istədiyini bildirən Hüseyn "dünən anamı gəlin namizədləri ilə tanış etdim. Hələ seçim etməmişəm, amma evlənmək istəyirəm. Milliyətinin önəmi yoxdur",- deyə əlavə edib.

Son xəbərlər