Orxan Məmmədov: "Əsas məqsəd Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır"
"Əsas məqsəd Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır".
BAKU.WS xəbər verir ki, bunu Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, KOBİA Yaxın Şərqdə Azərbaycan ticarət evlərinin açılmasını təşviq edir:
"Bu gün Qətərin törəmə şirkəti olan "Al Baladı Holdings" və BƏƏ-nin "Green Capital Management" şirkəti arasında müqavilənin imzalaması mərasimi baş tutub.
Həmin müqavilədə Azərbaycanda "Go Crispy" və "Tea Time" şirkətləri tərəfindən iki il ərzində təxminən 30 restoranın açılmasını nəzərdə tutur. Burada əsas məqsəd Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır".
"Burada bütün əməliyyatlar və danışıqlar Azərbaycanın Dohadakı Ticarət Evinin dəstəyi ilə baş tutub. Azərbaycan Ticarət Evi Qətərdə son dövrlərdə fəaliyyət göstərir.
İnanırıq ki, belə müqavilələr daha da artacaq. Bildiyimiz kimi, KOBİA Yaxın Şərqdə Azərbaycan Ticarət evlərinin açılmasını təşviq edir. Əminik ki, bundan sonra belə müqavilələr çoxalacaq", - deyə O.Məmmədov bildirib.
Oxşar xəbərlər
Bakıda yeni iş yerləri yaradılacaq - Saziş imzalandı - FOTO
Bakıda "Qətər bütün dünya üçün" adlı əlamətdar tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbir Qətərin “Al Baladi Holding”in və BƏƏ-nin “Green Capital Manag...