Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq

Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq
Sosial 3278

Sabah Bakının Nəsimi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Alatava" qaz paylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektora "Mikrorayon 500 millimetrlik" əhali qaz kəmərinin birləşdirilməsi məqsədilə avqustun 16-da saat 09:30-dan işlər yekunlaşanadək "Mikrorayon" ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələri...

783 Sosial 08:33 27 fevral 2024

Son xəbərlər