DİQQƏT! - Sabah bu yol bağlanacaq
05
iyl
2024
11:38
Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",-deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Taksidən istifadə edənlər üçün VACİB MƏLUMAT - Sabahdan...
Sabahdan taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minir. BAKU.WS xəbər verir ki, bu, "Avtomobil nəqliyyatı haqqında" qanun...