Hava şəraiti ilə bağlı avtomobil yollarının VƏZİYYƏTİ

Hava şəraiti ilə bağlı avtomobil yollarının VƏZİYYƏTİ
Sosial 212

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının 17:00-a olan vəziyyəti haqqında məlumat yayıb.

AAYDA-dan BAKU.WS-ə verilən məlumata görə, Əhmədbəyli - Füzuli - Şuşa “ZƏFƏR” yolu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Toğanalı - Kəlbəcər - İstisu yolu: Zəif qar yağır, yolun Murovdağdan keçən hissəsində şaxta 7-16 dərəcə təşkil edir. Yolda buzlaşma var və bununla bağlı müvafiq tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən və Şabran rayonları ərazisində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Xınalıq ərazisində 14 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Giləzi - Xızı: Qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Qobustan: Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Muğanlı - İsmayıllı: İsmayıllı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki: İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəd: Marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq): Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Gəncə - Daşkəsən - Xoşbulaq: Zəif qar yağır, yolda qar yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy: Yağıntı yoxdur, Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi: Astara rayonu ərazisində sulu qar yağır, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Masallı - Yardımlı: Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Lənkəran - Lerik: Səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Hacıqabul - Bəhramtəpə - Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Son xəbərlər