Bakının 4 rayonunda qaz olmayacaq

Bakının 4 rayonunda qaz olmayacaq
Sosial 136

Bu gün Bakının 4 rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 4-də saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabah Bakının Nərimanov, Nəsimi, Səbail və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkəti...

1173 Sosial 19:19 01 iyul 2024

Son xəbərlər