SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Koroğlu Rəhimovun anım günüdür. Onun vəfatından 32 il ötür.

Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində doğulub. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə gedib.

1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalına, Sarıcalar kəndinə köçüb. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gələrək, Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə yollanan Rəhimov 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurub və yarımçıq qalmış təhsilini tamamlayıb.

Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlayıb. Koroğlu təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması, 1990-cı ilin Qanlı Yanvar hadisələri və 1992-ci ilin fevralın 25-26-da baş verən Xocalı soyqırımı, onun milli ordu sıralarına könüllü olaraq yazılmasında böyük təsir göstərmişdi.

Koroğlu Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 martda Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılır. 30 apreldə N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunur. 13 iyunda bölük Goranboyun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edir. Dəstə 15 ermənini məhv edərək 4 nəfəri əsir götürür, xeyli silah-sursat ələ keçirir. Koroğlu təkbaşına 5 düşməni məhv edir.

Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizlədilər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 quldur öldürüldü.

İyunun 15-də döyüşçülər daha mühüm obyekti - düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən alındı.21 iyunda Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi.

Koroğlu ratsiyanın önündən çəkilmirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəlir. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir.

Madagiz ikinci dəfə işğaldan azad edilir. Xocalı faciəsindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılan Koroğlu Rəhimov "N" saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olundu. 1992-ci ilin iyununda bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç, Mənəşli, Başkənd, Madagiz və Gülüstan kəndlərini erməni işğalçılarından azad etdi.

3 iyul 1992-ci ildə Koroğlunun bölüyü Ağdərə istiqamətində hücuma keçir. Ağdərə uğrunda baş verən qanlı döyüşlərin birində 38 yaşlı Koroğlu Rəhimov şəhid olur.Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi.

O Ağdərə yaxınlığındakı üçüncü savxozu ermənilərdən azad edir. Bu istiqamətdə 1992-ci ilin iyulun 3-də gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. Ölüm xəbəri hər kəsi sarsıdır. Cəsarətli komandirin şəhid bütün döyüş yoldaşlarını təəccübləndirir. Vəfatından sonra 38 yaşlı milli qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilir.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyün qorunmasında, Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

1979-cu ildə əmisi qızı Aybəniz adlı xanımla ailə həyatı quran Koroğlunun bu dünyada 3 yadigarı var: Rəşad, Samir, Ülviyyə. Nəvələrindən biri babasının adını yaşatmaqdadır.Bakının Nərimanov rayonunda küçələrdən birinə "Koroğlu Rəhimov küçəsi" adı verilib və bu küçədə onun büstü qoyulub. Xaçmaz kəndində yerləşən 3№-li körpələr evi, Oğuz şəhərində küçə Koroğlu Rəhimovun adını daşıyır.

BAKU.WS