SİZİN REKLAM BURADA!
055 213 76 73


İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə BAKU.WS-ə Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub, 20-nə yerində yardım göstərilib, 2-si isə hospitalizasiyadan imtina edib: "Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir".

Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub, 7 nəfərə isə yerində yardım göstərilib.

BAKU.WS