SİZİN REKLAM BURADA!
055 213 76 73


Yay aylarında insanların yollandığı məkanlar sırasında Suraxanı qəsəbəsində yerləşən "Duzlu göl" və onun yaxınlığındakı "Yodlu göl" xüsusi yer tutur.

Artıq 18 ildir ki, çimmək qadağan olunsa da, hər il buraya üz tutanların sayı kifayət qədər olur. İnsanlar bu məkanlara şəfa tapmaq məqsədilə gəldiklərini deyirlər.

Bəs həkimlər bu barədə nə düşünürlər? Bu göllərin insan sağlamlığına faydası və ya zərəri varmı?

Həkim Abbas Bağırov bildirib ki, bir sıra dəri xəstəlikləri və xərçəngdən müalicə üçün bu gölə üstünlük verirlər:

"Kortəbii istifadə olunarsa, fəsadlar yaradacaq. Dəridə açıq yaralar varsa, infeksiyanın yoluxmasına, digər xəstəliklərə səbəb ola bilər. Qanın laxtalanması, hipertoniya xəstələrində duzlu göldən istifadə fəsadlar yarada bilər. Kütləvi axınla əlaqədar sanitar-gigiyenik normativlər pozulur. Bu isə ciddi problemlərlə nəticələnə bilər".

Qeyd edək ki, göl suyunun bakterioloji vəziyyəti pis olduğuna görə, 2006-cı ildən "Duzlu göl"də çimmək qadağan olunub.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO