Qubada çay məcrasından çıxıb, kəndi su basıb - FOTO
21
iyn
2024
19:24
Quba rayonunda Cağacıq çayı daşıb, Rustov kəndini su basıb.
"Report"un Şimal bürosunun məlumatına görə, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.
Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.
Qalereya
Oxşar xəbərlər
Zaqatalada bir həftədə iki təbii FƏLAKƏT: Əvvəl dolu, indi də leysan - FOTO
Ardıcıl üçüncü gündür Zaqatala rayonunda təbii fəlakət qeydə alınır. BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, iki gün əvvəl rayonun Mazıx, Qəbizdərə, Ca...