SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərəvəzlər insan orqanizmi üçün ən faydalı qidalardandır. Kalorisi az olan tərəvəzlər lif, vitamin, mineral və antioksidantlarla zəngindir. Bu, tərəvəzləri sağlam pəhrizin ən vacib hissəsi edir. Hər bir tərəvəz sağlam olsa da, bəziləri qida tərkibi və çoxsaylı sağlamlıq faydaları ilə seçilir.

BAKU.WS xarici mediaya istinadən sözügedən tərəvəzləri təqdim edir.

Sarımsaq

Ən sağlam tərəvəzlər arasında yer alan sarımsaqda sink, A, B1 və C vitaminləri var. Sarımsaq bədənimizi bir çox xəstəlikdən qoruyur və xərçəngə qarşı təsir göstərir. Arıqlamağa kömək edir. Ürək-damar xəstəlikləri və diabetdən qoruyur. Saç və dırnaq sağlamlığını dəstəkləyir.

İspanaq

Tərkibində A, B, C və B qrupu vitaminləri olan ispanaq fosfor, yod mineralları, dəmir və maqnezium baxımından zəngin bir tərəvəzdir. İspanaq xərçəngə qarşı bədənin müqavimətini artırır. Qan dövranını tənzimləyir və qaraciyəri qoruyur. Həzmi asanlaşdırır, sümükləri və dişləri gücləndirir. Diabet və yorğunluğa yaxşı gəlir. O, həm də xolesterolu tarazlaşdırır.

Zəncəfil

Ən sağlam tərəvəzlər arasında yer alan zəncəfilin tərkibində maqnezium, fosfor, kalium, dəmir, kalsium, natrium və C vitamini var. Zəncəfil soyuqdəymə və qripə qarşı faydalıdır. Astma xəstəliyini aradan qaldırır. Xərçəngə qarşı qoruyucu təsirə malikdir. Menstrual ağrıları azaldır və bədəndəki iltihabı aradan qaldırır. Əzələ ağrılarına və mədə narahatlığına çox yaxşı gəlir. Həm də ürək sağlamlığını qoruyur.

Kök

A vitamini ilə çox zəngin olan kökün tərkibində maqnezium, kalsium və B6, C, E və K vitaminləri var. Yerkökün ən əhəmiyyətli faydası görmə pozğunluğuna müsbət təsir etməsidir. Kök həm də mədə xorasından qoruyur. Bədənə enerji verir və qan təzyiqini tarazlaşdırır. Xərçəngin qarşısını alır və xolesterolu tənzimləyir. Ağızdakı bakteriyaları təmizləyir və diş sağlamlığına müsbət töhfə verir. Öskürəyə yaxşı gəlir və bağırsaqları yumşaldır. Həmçinin ana südünü artırır.

Brokoli

Yüksək lif tərkibinə malik brokolinin tərkibində A, B1, B6, B9, C, E və K vitaminləri ilə yanaşı, dəmir, kalsium və kalium da var. Brokoli orqanizmi xərçəngdən qoruyur. Sümükləri gücləndirir və diş sağlamlığına müsbət töhfə verir. Arıqlamağa kömək edir. Ürək dostudur və qaraciyəri qoruyur. Maddələr mübadiləsini sürətləndirir və saç üçün çox faydalıdır. Sperma istehsalını da artırır.

Qulançar

Bitki mənşəli antibiotik olan qulançarın tərkibində lif, dəmir, fol turşusu, folat, kalsium və kalium, həmçinin A, B1, B2, B3, B5, B6, C, E və K vitaminləri var. Qulançar hamiləlik zamanı anadangəlmə qüsur riskini azaldır. Həzmi yaxşılaşdırır və arıqlamağa kömək edir. Sidik yollarının infeksiyalarının qarşısını alır. "Altseyemer", Parkinson və demans kimi xəstəliklərdən qoruyur. İmmunitet sistemini gücləndirir və sümük sağlamlığını qoruyur. Qan şəkərinin səviyyəsini tənzimləyir və zərərli xolesterinin səviyyəsini aşağı salır. Depressiyanı da aradan qaldırır.

Kələm

Ən sağlam tərəvəzlər arasında yer alan kələmdə kalium, mis, kalsium, maqnezium və dəmir ilə yanaşı A, B və E vitaminləri də var. Kələm sümükləri gücləndirir və toxumaları yaxşılaşdırır. Bədəndən zərərli toksinləri çıxarmağa kömək edir. Xərçəngə qarşı qoruyucu təsirə malikdir. Qan dövranını tənzimləyir və iltihabın qarşısını alır. Qəbizliyə və sidikqovucuya xeyirlidir. Ürək xəstəlikləri riskini azaldır. Həm də göz sağlamlığını qoruyur.

BAKU.WS