Bank kreditlərinə həyat sığorta tarifi əlavə hesablanacaq

Bank kreditlərinə həyat sığorta tarifi əlavə hesablanacaq
Sosial 68

Banklar üç ay müddətində əməliyyat sistemlərini kreditlərin sığortalanmasına inteqrasiya edəcək.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, artıq bir neçə bank bu sistemə qoşulub:

"Hazırda istehlak kreditlərinin 95%-i həyat sığortası ilə təmin edilməyib. Bu baxımdan vətəndaşların kredit götürərkən və ya adi qaydada həyatının sığortalı olması baxımından faydalı olacaq".

Qeyd edilib ki, həyat sığortası tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək. Orta hesabla həyat sığortası tarifi 1% hesablanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər