SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Xətai rayonunuda təbii qazın verilişində məhdudiyyət yaranacaq.

BAKU.WS Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir ki, sabah Xətai rayonu, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən "Şərq-Qərb Mülk” MTK-ya məxsus 408 mənzilli yaşayış binasının qazanxanasına təbii qazın verilməsi ilə bağlı, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq. Bunula əlaqədar olaraq, Xətai rayonunun Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində fevralın 10-da saat 09:00-dan 17:00-dək təbii qazın verilişində fasilələr yaranacaq. 

"Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
 
BAKU.WS