Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq - SİYAHI

Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq - SİYAHI
Sosial 3619
 

Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən bildirir ki, abonentlərin təbii qaza olan təlabatının təmin edilməsi məqsədi ilə, diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar sabah saat 09:30 dan 18:00-dək Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

BAKU.WS

Oxşar xəbərlər

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Bazar ertəsi Bakının Sabunçu, Xəzər rayonlarının, həmçinin Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin qaz təchizatı məhdudlaşdırılacaq. SOCAR-ın "Azəriqaz”...

4 Sosial 12:03 05 fevral 2017

Son xəbərlər