Bu ərazilərdə qaz olmayacaq (ÜNVANLAR)

Bu ərazilərdə qaz olmayacaq (ÜNVANLAR)
Sosial 3095

Abşeron rayonu ərazisində diametri 530 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar oktyabrın 28-də saat 20:00-dan işlər yekunlaşanadək təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, təmir müddətində Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nubar və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.

"Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir. 

BAKU.WS

Oxşar xəbərlər

Bu gün bu rayonlarda qaz olmayacaq

Bu gün bu rayonlarda qaz olmayacaq

Bu gün Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məluma...

1265 Sosial 09:10 30 sentyabr 2016

Son xəbərlər