Sabah Bakının bu rayonlarında qaz olmayacaq - SİYAHI

Sabah Bakının bu rayonlarında qaz olmayacaq - SİYAHI
Sosial 2913
 

Sabah Bakı şəhərinin Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Abşeron və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 6-da saat 10:00-...

1520 Sosial 19:48 05 may 2016

Son xəbərlər