Bu gün Bakının böyük bir hissəsində qaz olmayacaq

Bu gün Bakının böyük bir hissəsində qaz olmayacaq
Sosial 1013

 

Bu gün Bakının Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, həmçinin Abşeron, Qəbələ və Masallı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS-in "Azəriqaz" İB-yə istinadən məlumatına görə, bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Xəzər rayonunun Quşçuluq massivi, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun İstiqlaliyyət, Ş.Şamil, M.Hüseyn, T.Elçin, Lermantov küçələrində və Badamdar qəsəbəsində, Yasamal rayonunun B.Səfəroğlu və ətraf ərazilərdə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Qəbələ və Masallı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş sızmanın ləğvi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş polietilen PE315 mm-lik qaz xəttinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün bu rayonlarda qaz olmayacaq

Bu gün bu rayonlarda qaz olmayacaq

Nəsimi, Yasamal, Nərimanov və Quba rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. BAKU.WS-in "Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə isti...

968 Sosial 09:43 19 fevral 2016

Son xəbərlər