İsveç ölkəni tərk edən miqrantlara 37 min dollar ödəyəcək
İsveç hökuməti könüllü şəkildə ölkəni tərk edən miqrantlara 37 min dollara yaxın maliyyə dəstəyi verməyə başlayıb.
BAKU.WS xəbər verir ki, proqram Avropa İttifaqından kənar ölkələrdən gələn və könüllü geri qayıtmağa razı olan şəxsləri əhatə edir. Hər bir şəxsə təxminən 350 min İsveç kronu ödənilir.
Məlumata görə, 10,6 milyon əhalisi olan İsveçdə indiyədək cəmi 171 nəfər bu ödənişdən yararlanaraq ölkəni tərk etməyə razılaşıb.
Hökumət miqrasiya siyasətini sərtləşdirərək daimi yaşayış icazəsinin əvəzinə icazələrin hər üç ildən bir yenilənməsi şərtini də tətbiq edib. Avqust ayında isə vətəndaşlıq üçün məcburi imtahan keçirilməsinə başlanılıb.
Müxalifət və miqrant təşkilatları proqramı tənqid edərək bunun ayrı-seçkiliyi artıra biləcəyini bildiriblər.
Oxşar xəbərlər
Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb
İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinə başçılıq edən Qulamhüseyn Möhsüni-Ejei ilə görüşdə müasir texnologiyalardan maksimum istifadəni...