Bu gün saat 9-dan...

Bu gün saat 9-dan...
Sosial 1102

Bakı şəhərinin Suraxanı, Nərimanov və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS-in məlumatıma görə, 7-ci Əhmədli küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin Nərimanov rayonu F.Yusifov küçəsi 1987-ci məhəllədə yerləşən Azərbaycan Gözdən Əlillər cəmiyyətinə məxsus 152 mənzilli yaşayış binasının qaz xəttinin mənbəyə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sentyabrın 28-də saat 09:00-dan 18:00-dək Suraxanı rayonunun Günəşli, Bülbülə, Qaraçuxur və Əmircan qəsəbələrində, eləcə də Nərimanov rayonunun Montin qəsəbəsi, H.Əliyev prospekti, M.Nərimanov, Həsənoğlu, Ə.Əliyev və digər ətraf küçələrin ərazisində, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin və Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının bu rayonunda qaz olmayacaq

Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə...

1456 Sosial 09:23 10 avqust 2016

Son xəbərlər