VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova arxiv videosunu paylaşıb.
 
BAKU.WS xəbər verir ki, aparıcı videonu xərçəng xəstələrinə dəstək olmaq məqsədi ilə paylaşdığını bildirib. Videonu dünya xərçənglə mübarizə gününə həsr edən Qasımova xərçəng xəstələrinə şəfa diləyib.
 
"Bu videonu bütün xərçəng xəstələrini motivasiya etmək üçün təqdim edirəm. 6 il keçib artıq. Bu videoda 6 kimya terapiya keçmişdim. Arıqlayıb 47 kiloqram qalmışdım. Saçlarım qaşlarım tökülmüşdü. Amma bunlara baxmayaraq paltar tikdirdim ki, zövqlü görsənim. Saçıma da bandana vurdum ki, saçlarımın yoxluğu bilinməsin. Oynayırdım. Xəstəliyin acığına yaşadım. Hər birinizə şəfa diləyirəm. Həyat gözəldi".
 
Aynur Ələkbərova
BAKU.WS