SİZİN REKLAM BURADA!
055 213 76 73


“PAŞA Travel” Azərbaycan Hava Yolları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Monteneqro turizm məhsulunun rəsmi təqdimatını etdi. 29 fevral tarixində “PAŞA Travel” tərəfdaşları üçün Monteneqro turizm məhsulunun rəsmi təqdimatını həyata keçirdi.
Tədbir 150-dən çox yerli turizm agentliklərinin, “Azərbaycan Hava Yolları” aviaşirkətinin və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrini bir araya gətirib. 
Tədbir “PAŞA Travel” şirkətinin Baş icraçı direktoru Bəhruz Əsgərovun səmimi salamlama nitqi ilə başladı.
O, tədbirdə qonaqlara iştirak etdiklərinə görə təşəkkürünü bildirərək qeyd etdi ki, artıq Monteneqroya turların satışına başlanılıb və birbaşa uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən cari ildə iyun ayının 6-dan sentyabrın 16-dək Bakı-Tivat-Bakı marşrutu üzrə həftədə iki dəfə olmaqla həyata keçiriləcək. Sonda onu da qeyd etdi ki, Monteneqroya səfərlərin üstün cəhətlərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
Tədbir zamanı Monteneqro istiqaməti, həmçinin «PAŞA Travel» şirkətinin struktur bölməsi olan “PAŞA Holidays” turoperatorunun digər məşhur turizm məhsulları, o cümlədən Şarm Əl-Şeyx, Gürcüstan, BƏƏ və Xorvatiya turizm istiqamətləri haqqında geniş məlumat təqdim edildi.
Turizm agentlikləri üçün nəzərdə tutulan online.pashaholidays.az platformasının üstünlüklərindən danışılaraq qeyd olundu ki, agentlər bu platforma vasitəsilə öz müştəriləri üçün səyahət paketlərini tez bir zamanda seçib bron edə bilərlər.
Tədbirin əsas məqamlarından biri turizm agentlikləri üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulmuş yeni bonus proqramının təqdimatı oldu. Burada yeni həvəsləndirici bonusların çalışma prinsipləri haqda geniş izah verildi. 
Bu tədbir “PAŞA Travel”-in davamlı sürətli böyüməsini və inkişafını, eləcə də müştərilərinə gözəl səyahət təcrübələri təqdim etmək niyyətini ifadə edir. 
Bu və ya digər turlar haqda məlumatı müştərilər “PAŞA Travel” rəsmi səhifəsini (www.pashatravel.az) ziyarət etməklə, çağrı mərkəzinə (012 404 10 90)  zəng vurmaqla və sosial şəbəkələrdəki rəsmi hesablar vasitəsilə əldə edə bilərlər.
BAKU.WS
QALEREYA