“Xərçəngə daha çox bu qadınlarda rast gəlinir”
"Uşaqların süni qidalanması son 20 ildə sürətli şəkildə artıb. Ana südü ilə qidalanma kəskin azalıb".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Deputat vurğulayıb ki, bu, təhlükəli tendensiyadır: "Dünyada süni uşaq qidalarının reklamının aparılması qəti qadağandır. Belə qidaların tərkibi nə qədər zəngin olsa da, heç biri ana südünü əvəz edə bilməz. Təəssüflər olsun ki, Azərbaycanda süni uşaq qidaları reklam olunur. Reklam qanunvericiliyinə baxmaq lazımdır ki, bu bizdə necə tənzimlənir.
Süni qidaların uşağa verilməsi ana üçün də təhlükəlidir. Süd vəzi xərçənginə daha çox uşağa süd verməyən analarda rast gəlinir. İndi də bu, sanki, dəb halına gəlib, necə ki, qeysəriyyə əməliyyatı dəbdədir".
Oxşar xəbərlər
Teleaparıcılar Zaur, Xoşqədəm və Elgiz həkimləri neçəyə reklam edirlər? - QİYMƏTLƏR
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarı...