AZAL Bakı-Naxçıvan reysini təxirə salıb
17
yan
2024
10:06
“Azərbaycan Hava Yolları”nın J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Bakı-Naxçıvan aviareysləri gecikir, iki reys birləşdirilib - YENİLƏNİB
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz...