Azərbaycanda yumurta BAHALAŞDI - VİDEO
26
dek
2023
07:57
Yumurtanın qiymətində artım müşahidə olunur.
Son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti 2-3 qəpik artıb.
Satıcılar "Xəzər Xəbər"ə bildiriblər ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirir.
Satıcıların sözlərinə görə, hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur.
Vətəndaşlar da qiymətlərin baha olmasından şikayətlənir.
Oxşar xəbərlər
Yumurtanın qiyməti artacaqmı? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanılacaq. Səbəb bu ölkədə yumurta qıtlığıdır...