AMOR Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edib - FOTO
Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Moskvada tədbir təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən AMOR-un sədri Ceyhun Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə bütün Rusiya gəncləri adından təbrik edib: “Azərbaycan xalqının firavanlığı naminə möhtərəm Prezidentimizə möhkəm cansağlığı, uzun ömür arzulayıram”.
C.Hüseynov AMOR-un 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başladığını da xatırladıb: "Son bir il ərzində biz çoxsaylı tədbirlər keçirmişik. Gələn il bizi daha maraqlı tədbirlər gözləyir".
O, həmvətənlərini fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə fəal iştirak etməyə çağırıb: “Biz ilk növbədə fevralın 7-də Azərbaycan səfirliyinə gedib seçimimizi etməliyik”.
Tədbir gənc istedadların çıxışları ilə müşayiət olunub.
Qalereya
Oxşar xəbərlər
Bu gün Leyla Əliyevanın doğum günüdür
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı s...