Xaçmazda uçmuş körpünün yerinə üç aya yenisi tikildi - FOTO
Bu il sentyabrın 15-də Xaçmaz rayonunda sel sularının uçurduğu, Qüdyalçay üzərində yerləşən körpünün yerində inşa edilmiş yeni körpü istifadəyə verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimaiyyəti iştirak ediblər.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də yerləşən ikiaşırımlı yeni körpü 97 min əhalisi olan 98 yaşayış məntəqəsini rayon mərkəzi və ətraf ərazilərlə birləşdirir. Onun uzunluğu 66 metr, eni 15 metrdir.
Körpü istifadəyə verilsə də, onun mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycandan İran sərhədinədək inşa edilən yeni magistral yolun tikintisi yekunlaşır - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisini yekunlaşdırmaq ü...