12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Dünəndən bəri mətbuat səhifələrində və sosial şəbəkələrdə 13 deputata pulsuz mənzil verilməsi barədəki xəbər əsas müzakirə mövzusuna çevrilib. Ev alan deputatlar arasında Hadi Rəcəbli, Oqtay Əsədov və Bəxtiyar Əliyevin də adı hallanır.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında yayılan xəbərlərə aydınlıq gətirib:

"Hadı Rəcəbli ilə əlaqə saxladım. Onun ev alması xəbəri yalandır. Milli Məclisin spikeri Oqtay Əsədovun da ev alması xəbəri yalandır. Doğru deyil.

Keçmiş deputat, hal-hazırda Milli Məclisin şöbə müdirinin müavini olan Rüfət Ağalarovla da əlaqə saxladım. Rüfət Ağalarov ev alıb. Təxminən 15 il bundan qabaq, 2004-cü ildə evi tikən şirkətə öz pulunu ödəyib. Yəni, həmin evi öz pulu ilə alıb. Sadəcə, ev almaq məsələsi bir qədər uzanıb. O da evi bu yaxınlarda alıb”.

Xəbərdə adıçəkilən keçmiş deputat, hüquqşünas Əlməmməd Nuriyev də ev almadığını deyib. Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov da vaxtilə tikilməkdə olan binadan mənzil almaq üçün "Kat LTD” şirkətinə pul ödədiyini də qeyd edib.

Sabiq deputat, İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərov da deyib ki, o, mənzil almayıb: "Yalandan yazıblar, başqa işlə məşğul olsunlar. 5 ildir haqqımda nə gəldi yazırlar”.
 
BAKU.WS
[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]