Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə işlərinə yalnız razılıqları ilə cəlb olunacaqlar
16
noy
2023
14:57
Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız razılıqları ilə cəlb olunacaqlar.
"Report"un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlarla bərabər, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...