2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması nəzərdə tutulur.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Buraya satınalmaya dair şərtlər toplusunun hazırlanması, satınalmanın keçirilməsi və təchizatçı ilə müqavilənin imzalanması, hər biri 10 ədəd olmaqla mərhələli şəkildə sərnişin qatarlarının istismara verilməsi daxildir.
Oxşar xəbərlər
Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Şirvanda 80-dən çox məcburi k...