SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəbrayıl və Şuşa şəhərlərində elektrik avtobuslar və velosipedlər üçün ayrı yollar olacaq.

"Report" xəbər verir ki, bunu şəhərlər üzrə dizayner Adiran Griffits “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.

"Cəbrayıl və Şuşada yol infrastrukturunun qurulmasında iştirak edirəm. Hər iki şəhərdə elektrik avtobuslarının və velosipedlərin hərəkəti üçün şərait yaradılır. Velosiped yolunu yaradan zaman bunun üçün parklanmanı, təhlükəsizliyi təmin etmək vacibdir. Əsas diqqət etdiyimiz məqamlardan biri də velosiped yollarının yaşıllıq, mənzərəli yerlərdən salınmasıdır. Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturu insanlar üçün təhlükəsiz, təmiz olmalıdır", - A.Griffits bildirib.

BAKU.WS