2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Foto
Sosial 1791

Məşhurların hər zaman deyib-güldüyü, əyləndiyi, vur-çatlasın etdiyi şou aləmində zaman-zaman hüznlü anlar da yaşandı. Bir çox tanınmış sənətçi məhs bu il dünyasını dəyişdi. Onlar arasında məşhur müğənnilər, meyxanaçılar və aktyorlar var.

BAKU.WS oxuculara bu il vəfat edən azərbaycanlı sənət nümayəndələrinin siyahısını təqdim edir:

Yeni il qədəm qoyar-qoymaz ilk vəfat edən məşhur, Əməkdar artist Aygün Bəylər oldu. Onun vəfatı bütün sənət aləmini və sevənlərini yasa boğdu. 48 yaşlı muğam ifaçısı Ankarada xərçəng xəstəliyindən dünyasını dəyişdi. Sənətçi Suraxanı qəbiristanlığında dəfn olundu. Əməkdar artistin məzarı üzərində abidəsi qoyuldu.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

2024-cü ilin yanvarında dünyasını dəyişən digər məşhur Əməkdar artist Gülbahar Şükürlü oldu. 62 yaşlı qarmon ifaçısı xərçəng xəstəliyindən vəfat etdi. Musiqiçi Buzovna qəsəbəsində həyat yoldaşı Zahid Şükürovun qəbiri yanında torpağa tapşırıldı.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Bu il Əməkdar artist Cavanşir Məmmədovun qəfil ölümü də hamını kədərləndirdi. Sənətçi bu ilin aprelin 20-də ürəktutmasından dünyasını dəyişdi. Sənətçi "Qurd qapısı" qəbiristanlığında anası Gülü Məmmədovanın yanında dəfn olundu.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

2024-cü ildə sənət aləmi iki meyxanaçısını itirdi. Bunlar Elnur Valeh və Xəyyam Əhmədli idi.

Meyxanaçı Elnur Valeh bu ilin iyulunda vəfat etdi. O 16 il idi ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi, dializ müalicəsi alırdı. Meyxanaçı iyulun 8-də yerləşdirildiyi xəstəxanada komaya düşdü və həyatını itirdi. Sənətçi Lənkəranda, Böyük Bazar qəbiristanlığında dəfn edildi.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Vəfat edən digər meyxanaçı isə Xəyyam Əhmədlidir. O, 2023-cü ildə insult keçirib, ağır ürək problemləri ilə üzləşmişdi. Əməliyyat olunması üçün 70 000 AZN-dən çox pul yığıldı. Lakin meyxanaçının ömrü buna çatmadı. Xəyyam qəfil vəfat etdi. Meyxanaçı Əhmədli kənd qəbiristanlığında torpağa tapşırıldı.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

İllərdir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərən Xalq artisti Tofiq Mövləvi də bu ilin mayında vəfat etdi. 86 yaşlı aktyor 60 illik karyerası ərzində 100-dən çox tamaşada müxtəlif obrazlara həyat verib. Bunlar arasında "Qız atası", "Şeyx Sənan", "Ana", "O olmasın, bu olsun", "Atabəylər" kimi əsərlər var.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Xalq artisti Şahlar Quliyev bu ilin oktyabrın 26-da vəfat edib. Opera müğənnisi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib. Sənətçi "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. Şahlar Quliyev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. O, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Kifayət Gəncəli bu ilin sentyabrında ürək çatışmazlığından vəfat etdi. Sənətçi doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırıldı. Onun Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Bu il dünyasını dəyişən məşhurlardan biri də Əməkdar artist Rafiq İbrahimovdur. O sentyabrda uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdi. Əməkdar artist Bakı Bələdiyyə Teatrının aktyoru idi. O 1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Zemfira Nəcəfova avqustun 1-i 2024-cü ildə 74 yaşında vəfat edib. O, Lənkəran Dövlət Dram Teatrının aktrisası olub. Əməkdar artist Azərbaycanın klassik dramaturgiya nümunələrində Ziba xanım, Pəri xanım, Təyyibə xanım, Mehri xanım, Səlma ana kimi obrazları ilə yadda qalıb.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Aktrisa Elmira Hüseynova da bu ilin avqustun 28-də vəfat edib. O uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib. 71 yaşlı Elmira Hüseynova A. Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti olub.

2024-cü ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Oxşar xəbərlər

Son xəbərlər