“20 Yanvar”ın bu çıxışının istiqaməti dəyişdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində “20 Yanvar” metrostansiyasının Azərsu ASC-nin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilir.
BAKU.WS Axar.az-a istinadla xəbər verir ki, aparılan işlərlə əlaqədar ASC-nin qarşısında quraşdırılan kiçik fontan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.
Metronun bağlanan çıxış hissəsi vasitəsilə isə yol genişləndiriləcək. Bu, “Şamaxinka” ərazisindən “20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...