"20 Yanvar" stansiyasında doğulan körpə evə buraxıldı

20 Yanvar stansiyasında doğulan körpə evə buraxıldı
Sosial 194

"20 Yanvar" metrostansiyasında doğulan körpə və anası tibb müəssisəsindən evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

Qeyd edilib ki, Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və anası bu gün evə buraxılıb.

Hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır.

Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib.

Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir sıra ərazilər qazsız qalacaq

Bir sıra ərazilər qazsız qalacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...

63 Sosial 23:59 30 oktyabr 2026

Son xəbərlər