2 il əvvəl istifadəyə verilən yol yararsız hala düşdü - FOTO

2 il əvvəl istifadəyə verilən yol yararsız hala düşdü - FOTO
Foto
Sosial 649
Astarada 2 il əvvəl istifadəyə verilən və 2000 nəfər insanın istifadə etdiyi yol yararsız vəziyyətə düşüb.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2017-ci ildə istifadəyə verilən yeni Təxtənəkəran-Miki avtomobil yolu artıq yararsız vəziyyətə düşüb. Yolun altı çınqıllı torpaq olduğundan, yağış yağandan sonra torpaq suyu özünə çəkir, zaman keçdikcə yolda çala və erroziyaların sayı artır.Bu ildən isə yol ondan istifadə edən 2000-ə yaxın insana daha çox problemlər yaradır. Sürücülər bu yoldan gün ərzində çətinliklə keçməli olurlar. Kənd sakinlərini narahat edən digər bir məsələ yol dağılarsa, rayonla əlaqənin kəsilməsidir. Belə ki, kəndlə rayon mərkəzi arasında təxminən 40 km məsafə var.Məsələ ilə bağlı Astara Rayon Siyəkü Kənd Bələdiyyəsindən bildirildi ki, artıq rəsmi qaydada əlaqədar qurumlara məlumat verilib və müvafiq tədbirlər görüləcək.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xırdalan-Bakı avtobusunda biabırçı mənzərə  - VİDEO

Xırdalan-Bakı avtobusunda biabırçı mənzərə - VİDEO

Xırdalan şəhəri ilə Memar Əcəmi metrostansiyası marşurut xətti üzrə hərəkət edən 119 saylı sərnişin avtobuslarından biri yararsız vəziyyətə düşüb.ONA-nın əməkda...

7010 Video 10:52 12 may 2019

Son xəbərlər